İran İslam Respublikası xarici işlər naziri söyləyib: Qərbin hədə və boykotları İranda 80 min sentrifuqanın istehsalına səbəb oldu .
Məhəmməd Cavad Zərif Euro News kanalı ilə müsahibədə vurğulayıb: Təzyiq göstərməklə nəticəyə çatacaqlarını düşünənlər səhv edir , çünki İrana qarşı təzyiqlər İranın inkişaf etmə prosesinə mənfi təsir etməyib, əksinə ölkədə 80 min sentrifuqanın istehsal ediməsinə səbəb olub.
İran xarici işlər naziri ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edəcək ehtimalı barədə bildirib : Bu məsələ İranın nüvə mövzusunun həllində anlaşmanın olmadığını göstərir.
Zərif əlavə edib : Dünya ictimaiyyəti, ABŞ və 5+1 qrupunun digər üzvləri, İranın nüvə mövzusunun həll edilməsini istəyirlərsə , faydasız və iflasa uğramış siyasətlərdən çəkinib yeni siyasətlərə üz tutmalıdırlar .