AvropaDünyaXƏBƏRLƏR

Ukrayna hərbçiləri Mariupol bələdiyyə binasını nəzarətə alıblar

Ukrayna hərbçiləri ölkənin şərqində yerləşən Mariupol liman şəhərinin bələdiyyə binasını bir daha öz nəzarətinə alıb.
Röyters agentliyinin verdiyi məlumata görə Ukraynanın 5-ci telekanalı bildirib ki, hərbçilər dünən gecə Ukraynalı ruslarla toqquşmalardan sonra nəhayət bələdiyyə binasını onlardan geri ala bilib.
Bu məlumata görə, sahil qvardiyası həmin binaya nəzarəti təmin edir və müxaliflər binadan çıxarılıb.
Ukraynanın qərb yönümlü müvəqqəti hökumətinin müxalifləri bələdiyyə binasından qovulduqdan sonra təkər və bir ədəd avtobusu yandıraraq əsas yolu bağlayıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu