Müasir Tarix müəllimi: Şimali Azərbaycan termini böyük bir tarixi yalandır
Müasir Tarix müəllimi Arazın şimalının Şimali Azərbaycan adlandırılmasını kimliyin təhrif edilməsi üçün böyük bir tarixi yalan adlandırıb.
Xosrov Mötəzid İRNA ilə müsahibədə deyib: İranın düşmənləri və separatçılar bu kimi xəyallar, gerçək olmayan inanclar ilə İranın ərazi bütövlüyünü təhdid edə bilməzlər.
Xosrov Mötəzid separatçı qruplaşmaların Bakıda “Cənubi Azərbaycanın Sabahı” adlı toplantı keçirmələrinə işarə edərək, deyib: Mövcud tarixi sənədlərə və 1722-ci ildə bitərəf fransız və alman coğrafiyaçılar tərəfindən hazırlanmış xəritələrə əsasən bir zamanlar İran ərazisi olan Araz çayının şimal torpaqları heç vaxt Şimali Azərbaycan kimi tanınmayıb.
Bu tarix müəllimi əlavə edib: Həmin məntəqə Badkubə, Gəncə, Aran, Qarabağ və Naxçıvan adları ilə tanınıb. Hətta, Türkmənçay müqaviləsində də İranın bu ostanı Qafqaz Xanlığı kimi qeyd olunub və heç vaxt bu məntəqə üçün Azərbaycan adından istifadə edilməyib.
Xatırladaq ki, Bakıda İrana qarşı separatçı qruplaşmaların iclas keçirməsinin ardınca İranın bir qrup media təmsilçisi, mədəni fəalı və siyasətçisi beynəlxalq sionizm tərəfindən istiqamətləndirilən bu kimi hərəkətlərin yeganə çarəsi Arazın şimal torpaqlarının İrana aid olduğunu vurğulamaqdır.
İranda çıxan Keyhan qəzetinin müdiri Hüseyn Şəriətmədari də Bakıda İrana qarşı separatçı qrupların iclas keçirmələrinə reaksiya olaraq təklif etmişdi ki, Azərbaycan Respublikasında bu ərazilərin İrana qaytarılması üçün referendum keçirilsin.