Qətər müftisindən Misir aksiyaları barəsində yeni fitva

Qətərin misirli müftisi Yusif Qərzavi yeni bir fitva verərək, Misirdə etiraz aksiyalarında iştirakı vacib və zəruri adlandırıb.

İfratçı qrupların “Xaç Atası” adlandırılan Yusif Qərzavi hazırkı şəraitdə Misirdə etiraz aksiyalarında iştirakı vacibin özü adlandırıb.
Regionda ifratçı və silahlı qrupları himayə etməsi və qalmaqallı fitvaları ilə tanınan Qərzavi Misir və digər region ölkələri rəsmilərindən istəyib ki, Misirdə hərbçilərin cinayətlərinə son qoymaq üçün hərəkətə keçsinlər.
Qərzavi həmçinin, rəsmi internet saytında bir daha Misir xalqından istəyib ki, qırğın ərəfəsində olan qardaşlarını himayə məqsədilə aksiya keçirsinlər.

↑
Mobil sürümden çık