Qətər rejimi BMT-dəki nümayəndəliyi vasitəsilə Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Cəfəriyə onun və digər suriyalı diplomatların Suriya hökumətindən ayrılmaları üçün 1 milyon dollar rüşvət təklif edib.
BMT-dəki diplomatik mənbələr ifşa ediblər ki, Qətər əmirliyi Suriyaya qarşı planların icrasında öncül olan tərəflərdən biri kimi son zamanlar Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Cəfəriyə təklif edib ki, 1 milyon dollar müqabilində Suriya və Bəşşar Əsəd hökumətini təmsil etməkdən vaz keçsin.
Qətər eyni zamanda Suriya hökumətinə qarşı müxtəlif planlar izləyirlər. Suriyanın BMT-dəki yerinin Bəşşar Əsəd ilə müxalif olan qüvvələrə verilməsi məqsədilə yeni bir qətnamənin hazırlanması bu planlardan biridir.
Bu diplomatik mənbələrin dediklərinə görə, Bəşşar Cəfəri Qətərin bu təklifi ilə kəskin formada müxalifət edərək, Suriya hökumətinə sadiq olduğunu bildirib.
Bəşşar Cəfəri və onun Nyu-Yorkda olan ailəsinin Bəşşar Əsəd ilə müxalifə olanlar tərəfindən təhdid edilməsi bir müddət öncə B.Cəfərinin jurnalistlər qarşısında açıq etirazına səbəb olan digər məsələlərdəndir.
Suriyanın BMT-dəki nümayəndəsi bu mətbuat konfransında diplomatların və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsində BMT-yə ev sahibliyi edən ölkə yəni Amerikanın məsuliyyət daşıdığını bildirib.
Deyilənlərə görə Qətərin bu təklifi Suriyanın BMT-dəki nümayəndəliyinin bütün üzvlərinə şamil edilib və hər bir nümayəndə üçün ayrı-ayrılıqda məbləğ nəzərdə tutulub.
Qətər hökuməti bundan öncə də oxşar bir hərəkətdə NATO-nun Liviyaya hücumu zamanı Qəzzafi hökumətinin BMT-dəki nümayəndəsinə bir neçə yüz min dollarlıq rüşvət təklif etmişdi.