ABŞ prezidenti Cenevrə anlaşmasının birinci addımına başlamaq üçün İran və 5+1 Qrupu arasında əldə olunmuş anlaşmanı müsbət qarşılayıb.
Barak Obama İran və altılar qrupu arasında birinci addıma başlamaq barədə razılığın əldə olunması xəbərinə reaksiyada bu hadisəni müsbət qarşılayıb və bir daha bildirib ki, İrana qarşı yeni sanksiyaları veto edəcək.
ABŞ prezidenti öz bəyanatında “misilsiz sanksiyalar” adlandırdığı məsələnin İranın müzakirə masasına qayıtmasına kömək etdiyini iddia edərək, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ehtimalı barədə bildirib ki,İran ilə anlaşma yolunda gedən uzunmüddətli müzakirələr prosesi zamanında İrana qarşı istənilən yeni sanksiyanı veto edəcək.
Obamanın belə bir mövqe sərgilməsi İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə çalışan bəzi senatorların etirazına səbəb olub.