Qətər Suriyaya kimyəvi maddələrin köçürülməsinin pərdə arxasındadır

Yeni bir məlumatda, mart ayında Suriyanın şimal-qərbində Hələb vilayəti yaxınlığında təkfiri yaraqlıları tərəfindən istifadə olunan kimyəvi silahlarin iki qətərli zabit tərəfindən və Türkiyə vasitəsi ilə yaraqlıların əlinə çatması ifşa edilib.

Livanın Əl-Əxbar qəzetinin verdiyi məlumata görə Fəhəd Səid Əl-Hoceyri və Fələh Bin Xalid Əl-Təmimi adlı bu iki qətərli zabit Ankara vasitəsi ilə Suriyaya qarşı döyüşən yaraqlılara kimyəvi maddələrin köçürülməsinin pərdə arxasında olublar.

Mart ayının 19-da Hələb şəhərinin şimal-şərqində yerləşən Xan Əl-Əsəl məntəqəsinə xarici himayələr malik olan yaraqlılar tərəfindən kimyəvi maddələr daşıyan raketlərin atəşi nəticəsində onlarla nəfər dünyasını dəyişdi və çoxlu sayda şəxs də yaralandı.

Amerika Suriyanın kimyəvi silahlardan yaraqlılara qarşı istifadə etdiyini, beləliklə də Rəsmi Vaşinqtonun qırmızı xətlərini ayaq altında qoyduğu iddia edib. Bu elə bir haldadır ki, Rəsmi Dəməşq bu ittihamları rədd edərək, bu iddiaların tam yalan və saxta olduğunu bildirib.

May ayının 5-də BMT-nin Suriya haqdakı Müstəqil Təhqiqat Komissiyası qurbanların və tibb işçilərinin ifadələrinə görə, Suriyada yaraqlıların Sarin sinir qazından istifadə etmələrini bildirdi.

↑
Exit mobile version