Qətərin Əl-Cəzirə Telekanalı Suriya və İordaniyanın sərhəd məntəqələrindən olan qonaqlarının biri ilə müsahibəsi zamanı bir xəritə nümayiş etdirib ki, onda Fələstin yerinə saxta “İsrail “ rejimi yazılmışdı.
Qətərin Əl-Cəzirə Telekanalının bu hərəkəti Fələstin fəalları və himayəçilərinin kəskin reaksiyası ilə üzləşib, çünki bu birinci dəfə deyildir ki, bu Qətər telekanalı Fələstinin adını xəritədən çıxarır.
Fələstinin himayəsi uğrundakı fəallar, Qətər dövlətini sionist rejimini rəsmi və açıq-aşkar formada himayə etməkdə ittiham ediblər.
Qətərin Əl-Cəzirə Telekanalı Suriyada terrorçu qruplaşmaların başçılarından biri ilə müsahibədə Fələstin yerinə saxta “İsrail” rejiminin adını yazmışdı.
Fələstin fəallarının bildirdiyinə görə Qətərin bu peyk mediasının sionist rejimini himayə etməsi elə bir həddə çatıbdır ki, sionist rejim ordusunun sözçüsü hazırda bu telekanalın daimi qonaqlarından birinə çevrilib.
Bu telekanalın ərəb ölkələrinin mühüm məsələlərinə xəyanətləri, ərəb inqilabları həmçinin Suriyadakı müharibə zamanı xüsusiyyət təşkil etməklə Qətərin fitnəkarlıqları ərəb xalqlarının bu telekanala etimadsızlıqlarına səbəb olub. Belə ki, ötən ay Fransanın “Le Mag” qəzeti bir məlumatda Qətərin Əl-Cəzirə telekanalının auditoriyası miqdarının 43 milyon nəfərdən 6 milyon nəfərə qədər azaldığını bildirdi. Və bu elə bir haldadır ki, bu telekanal hələ də aldatma siyasəti və yanlış məlumatları yaymağı davam etdirir.