Qətifdə “Azadlıq və Ədalət ” koalisiyası ayətullah Şeyx Nəmər Ali-Nəmərin həbs olunmasının ildönümü günündə dünən “Nəməri tez bir zamanda azad edin!” adı altında dinc aksiya keçirib.
Alınlarına üzərlərində “Ey, azğınlar, bizim şeyxi azad edin!” yazılmış lentlər bağlamış yüzlərlə qadın və kişi aksiyaçı əllərində Qətif şəhidlərindən olan Məhəmməd Əl-Filfil və Əkbər Şaxurinin portretlərini tutaraq, ayətullah Şeyx Nəmərin tez bir zamanda azad edilməsini istəyib.
Aksiya iştirakçıları şüarlar verərək, Bəhreyn inqilabçıları ilə həmrəylik ediblər. Onlar ayətullah Şeyx Nəməri dəstəklədiklərini bildirərək, “Ləbbeyk, ya Bəhreyn!” və “Devrilsin, Həməd!” şüarları veriblər.
Ərəbistandakı İslami Həmrəylik Qrupu bildirib ki, cümə günü axşam “Nəmər azadlıq simvoludur və bizim şəhidlərimiz başıucalıq yolunun qurbanları olublar!” şüarı ilə İmam Əli(ə) küçəsində digər bir aksiya keçirəcək.
Əl-Şərqiyyə məntəqəsində yerləşən Qətif ötən il Ali-Səud xanədanına qarşı aksiyaların şahidi idi ki, bu aksiyalar Ərəbistanın digər şəhərlərinə də yayıldı. Bu şəhər 500 min nəfərlik əhaliyə malikdir ki, onların əksəriyyəti şiədir və Ali-Səud rejimi onların ötən ildəki aksiyalarını hərbi güllələr atmaqla yatırtdı.