Qəzney vilayətində partlayış törədilib
Əfqanıstan polisi bu ölkənin Qəzney vilayətində ordu qüvvələrinin yaxınlığında törədilən partlayışda iki kamikadze amilinin həbs edildiyini bildirib.
İRNA Qəzney valisinin müvaini ” Məhəmmədəli Əhmədi”-ə istinadən qeyd edib : Bu gün (2 yanvar ) Qəzney vilayətində ordu qüvvələrinin yaxınlığında törədilən partlayışda heç bir kəsə xəsarət dəyməyib.
Taliban qruplaşması törədilən bu terror aktının məsuliyyətini üzərinə götürməsə də Qəzney valisinin müavini talibləri törədilən bu hadisədə ittihamlandırıb və deyib : Taliblər qruplaşmasının üzvləri belə bir terrorçu hərəkətlərlə vətəndaşlar arasında dəhşət yaratmağı qarşıya məqsəd qoyublar və gəncləri Əfqanıstan ordusuna qoşulmaqdan vaz keçdieməyə cəhd göstərirlər.
Qəzney polisinin komandanı ” Muhiyyəddin Sərvəri ” bu vilayətin dövlət universitetinin giriş qapısında əl ilə düzəldilmiş bombanın kəşf edilməsini bildirib . Daxil olan məlumata əsasən , polis müntəzəm bir əməliyyatda bu hadisədə müdaxiləsi olan iki şəxsi həbs edib ki , onların üzərində istintaq işləri aparılmaqdadır.
Eyni halda , Əfqanıstanın təhlükəsizlik qüvvələri ” Nəngərhar ” və ” Luqman ” vilayətlərində 2 terrorçunu həbs ediblər.