Qəzzə sakinli fələstinlilər Con Kerrinin regiona səfərinə etiraz ediblər

Yüzlərlə fələstinli ötən gün (cümə axşamı 2 yavanvar) BMT-nin Qəzzədəki ofisinin qarşısında aksiya keçirərək, ABŞ xarici işlər nazirnin regiona səfərini pisləyiblər.

Etirazçılar Fələstinin azadlığı üzrə Demokratik Cəbhəsi tərəfindən təşkilatlandırımış bu aksiyada, saziş müzakirələrinin əleyhinə müxtəlif şüarlar səsləndirərək, ABŞ-ı İsraildən tərəfdarlıq etməkdə və saziş müzakirələrində fələstinlilərin hüquqlarını pozmaqda suçlayıblar.
Fələstin Azadlığı üzrə Demokratik Cəbhəsinin rəsmilərindən olan Əhməd Əbu Həlimə deyib ki, bu aksiya ABŞ dövlət katibi Con Kerrinin Fəlsətin ərazisinə edəcəyi səfər və onun irəli sürdüyü təklifə etirazın edilmsi mənasındadır.
O bildirib ki, Sionist rejim bir halda Con kerriyə ev sahibliyi edir ki, bu rejim Fəlsətinin işğal edilmiş ərazilərində minlərlə yaşayış mənzilinin inşasını yenidən icra edir.
ABŞ dövlət katibi Con Kerri region səfərində, Fəlsətin Özünü İdarə Təşkilatının başçısı Mahmud Abbas və Sionist rejim baş naziri Benyamin Netanyaho ilə görüşmək üçün dünən (2 yanvar) Təl-Əvivə daxil olub.
İsrail və fəlsətin tərəfləri arasında aparılan saziş müzakirələri üç il dayandırıldıqdan sonra 2013-cü il iyul ayında müxtəlif probelmlərin mövcud olduğu halda yenidən başlayıb və 7 ayın ötüb keçməsinə baxmayaraq hələ də tərəflər arasında əsas ixtilaflar mövcuddur.
Şəhərciklərin inşası, sərhədlərin müyyənləşdirilməsi mövzularından əlavə, bu dəfə Sionist İsrail və FÖİT arasındakı qalmaqallı mövzulardan biri İordan vadisinin İsrailə qovuşdurulması olmuşdur.

↑
Mobil sürümden çık