İraq medialarının jurnalistləri ifşa ediblər ki, bu ölkənin bəzi televiziya kanalları və qəzetləri xaricilərdən maliyyə dəstəkləri alaraq etnik və dini ixtilafları gərginləşdirmək niyyətindədirlər.
Əl-Aləm telekanalı xəbər portalının məlumatına görə, bu məsələ İraqın siyasi və media şəxsiyyətlərinin iştirakı ilə keçirilən Jurnalistlər Birliyinin konfransında irəli sürülüb və qeyd olunub ki, bəzi İraq mediaları siyasi, təhlükəsizlik problemlərindən sui-istifadə etməklə və xarici tərəflərin maliyyə dəstəyi ilə dini və etnik ixtilaflar yaratmaq ardıncadırlar.
1969-cu ildə islah olunan İraqın Cəza qanununa əsasən etnik və dini ixtilaflar yaratmaq üçün səy göstərən və yaxud etnos və məzhəblərdən birinə hörmətsizlik edən hər bir şəxs cinayətkardır və mühakimə olunmalıdır.
İraqda 50-dən çox televiziya, 50-yə yaxın daxili radio və onlarla nəşriyyat fəaliyyət göstərir. Onların 50%-nin fəaliyyət icazəsi yoxdur və İraq hökuməti son vaxtlar 10 televiziyanın fəaliyyət icazəsini fitnəkar proqramlar yayımladığına görə ləğv etdi.