ABŞ-ın Milli Təhlükəsizlik Təşkilatının sədri bu təşkilatın casusluq fəaliyyətlərini müdafiə etmək üçün deyib: Avropanın casusluq xidmətləri Avropa vətəndaşlarının telefon danışıqlarını yazaraq, Amerikanın ixtiyarına verirdilər.
General Kont Aleksandr çərşənbə axşamı ABŞ-ın Nümayəndələr Məclisinin İnformasiya Komitəsinin iclasında ABŞ hökumətinin casusluq fəaliyyətlərini müdafiə edib.
O deyib: Bu məlumatları biz Avropa vətəndaşlarından əldə etmirdik. Bu informasiyaları biz və bizim NATO-dakı müttəfiqlərimiz öz ölkələrimizi müdafiə etmək üçün birgə formada toplamışıq.
ABŞ-ın Milli Təhlükəsizlik Təşkilatı ötən ilin sonlarında və cari ilin əvvəllərində Frana vətəndaşlarının 70 milyondan çox telefon danışığını dinləyib. İspaniyada isə bu göstərici 60 milyona çatır.
ABŞ Senatının İnformasiya Komitəsinin sədri, senator Dyani Finşteyn isə deyir: Fransa və Almaniyada informasiya toplayan tərəf Amerika olmayıb. Bu informasiyaları əldə edərək, ABŞ-ın ixtiyarına verən Fransa və Almaniyanın özü olub.
ABŞ-ın Milli Təhlükəsizlik Təşkilatının Ceyms Klayer də deyir: Xarici ölkə başçılarının məqsədlərindən agah olmaq xarici ölkələrə nəzarət proqramının başında duran hədəflərdəndir.
O, daha sonra deyib: Ölkə başçılarının məqsədlərinən agah olmaq, informasiyaların əldə edilməsi və analizində prioritet məsələlərdəndir.
Daxili və beynəlxalq təzyiqlərin artması ilə Obama söz verib ki, xarici casusluq əməliyyatlarını yenidən araşdıracaq.
Deyilənlərə görə Obama Almaniya kansleri Angela Merkel habelə, Fransa və Braziliya prezidentlərindən onların telefon danışıqlarının dinlənilməsinə görə üzr istəyib.
Braziliya və Fransa isə daha 19 ölkə adından ABŞ-ın casusluq fəaliyyətləri ilə bağlı bir qətnamə layihəsinin ilkin mətnini hazırlamaqla məşğuldurlar.