Misirdə universitet tələbələri paytaxt Qahirə şəhərində etiraz aksiyası keçirərək konstitusiyanın ilkin mətni üçün nəzərdə tutulan referendumun boykot edilməsini istəyiblər.
Misirdə çıxan Əşşəb qəzetinin bildirdiyinə görə, Misirin Əl-Əzhər universitetinin tələbələri bu gün Qahirənin Nəsr məntəqəsinə toplaşaraq şüarlar səsləndiriblər və Misirinin konstitusiyası barədə referendumun boykot edilməsinə çağırıblar və çevriliş hökumətinin kənarlaşdırılmasını vurğulayıblar.
Digər tərəfdən Qahirənin şimal şərqində Əl-Cəzirə şəhərinin əhalisi insan halqası təşkil edərək Misirin vəzifəsindən kənarlaşdırılmış prezidenti Məhəmməd Mursinin yenidən hakimiyyətə qaytarılmasını istəyiblər.
Misirin konstitusiyası barədə referendum Yanvarın 14- 15-də keçiriləcək.