İranXƏBƏRLƏR

“Region ölkələri əməkdaşlıqlarla təhlükəsizliyi tam təmin edə bilərlər”

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: İran və Qazaxıstan nüvə enerjisindən sülhməramlı məqsədlərdə istifadə potensialı ilə atom silahına və onun yayılması ilə mübarizədə eyni fikrə malikdirlər.

İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili bu gün səhər Qazaxıstan xarici işlər naziri Yərlan İdrisovla görüşərək danışıqlar aparıb.

Cəlili görüşdə deyib: Müştərək təhdidlərlə mübarizədə və əcnəbilərin regionun təhlükəsizliyində müdaxiləsinin qarşısının alınmasında region ölkələrinin aktiv rolu çərçivəsində regional təhlükəsizlik və beynəlxalq sülh mümkündür.

“Regional təhlükəsizlik üçün səy göstərmək sahəsində bəzi qüdrətlərin iddiası və qarşısında isə qeyri-məntiqi strategiyaları qəbul etdirmək üçün təzyiq və sanksiya vasitəsindən istifadə etmələri ziddiyyətə malikdir” –deyə Cəlili bildirib.

Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: İran və Qazaxıstanın nüvə enerjisindən sülhməramlı məqsədlərdə istifadə potensialı ilə atom silahına və onun yayılması ilə mübarizədə eyni fikrə malik olduğunu nəzərə alaraq iki ölkə ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlıqların yeni sahələrini formalaşdıra bilər.

Cəlili xatırladıb: Region ölkələri arasında hərtərəfli təhlükəsizlik əməkdaşlıqları əcnəbilərin regiondakı nüfuzuna imkan verməyəcək.

Bu görüşdə Qazaxıstan xarici işlər naziri Yərlan İdrisov da İranın regiondakı potensialına toxunaraq bildirib: Bütün regional və beynəlxalq tərəflər regionun sülh və təhlükəsizliyinin təsbit olunmasında İranın inkar olunmaz rolunu etiraf edirlər.

İdrisov İranla “altılar” qrupu arasında müzakirələrə ev sahibliyi etməsi üçün Qazaxıstanın təklifinə İranın müsbət cavab verməsini alqışlayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu