Misir təhlükəsizlik qüvvələri Qahirənin şimal-şərqində keçirilən aksiyada iştirakçılara hücum edərək onlarla nəfəri yaralayıblar.
Misirin əl-Şüəb qəzetinin yazdığına görə, yüzlərlə Misir vətəndaşı cümə günü bu ölkənin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursiyə dəstək istiqamətində Qahirənin şimal-şərqində yerləşən əl-Cizə şəhərində aksiya keçirib və şüarlar səsləndirərək Mursiyə qarşı hərbi çevrilişi pisləyiblər.
Misir təhlükəsizlik qüvvələri aksiyanı yatırmaq üçün müdaxilə edib və onlara tərəf atəş açaraq onlarla nəfəri yaralayıblar.
Misir təhlükəsizlik qüvvələri həmçinin bu ölkənin şimal-şərqində yerləşən Süveyş şəhərində “Müsəlman Qardaşları” hərəkatının üzvləri və tərəfdarlarının aksiyasını repressiya ediblər.
Oxşar aksiya Misirin şimal-qərbində İskəndəriyyə şəhərində də keçirilib.
Məhəmməd Mursinin kənarlaşdırıldığı zamandan Misirin müxtəlif bölgələrində onun kənarlaşdırılmasına etiraz əlaməti olaraq aksiyalar keçirilir.