DünyaXƏBƏRLƏR

İraqda terror hücumları davam edir

İraqın Səlahəddin vilayətinin polisi bu vilayətin şərqində baş vermiş terror hücumunda onlarla nəfərin ölməsi və yaralanmasından xəbər verib.

Bu gün günorta çağı iki terrorçu Tuzxurmatuda bir qrup türkmən arasına soxularaq, üzərilərindəki partlayıcı qurğunu işə salıblar. Nəticədə 18 nəfər ölüb, 32 nəfər də yaralanıb.
Başqa bir terror aktında silahlı hücumçular Bağdadın cənubunda yerləşən Marı kilsəsinə hücum edərək, 3 polis əməkdaşını yaralayıblar.
Həmçinin, Kərbəlaya doğru hərəkət edən bir avtobusun hərəkəti yolunda quraşdırılan bombanın partladılması nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisə Hillə şəhərinin şimalında baş verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu