Azərbaycanda daha bir Qarabağ əlili özünü yandıraraq intihar edib.
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Sumqayıt sakini, 1 ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yandıraraq intihara cəhd edib.
Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Bu, Azərbaycanda üçüncü Qarabağ qazisidir ki, özünü yandırmaqla social problemlərin dözülməz olduğuna etiraz edir.
Bu arada Azərbaycanın bəzi saytları intihar xəbərlərinin yayılmasına son qoymaq fikrindədirlər.
Bu gündən “Salam News” informasiya agentliyi, İnterAz telekanalı və Fakt-Xəbər sayti 2014-cü ilin sonunadək intihar hadisələri barədə xəbərlərin işıqlandırılmasını dayandırırlar.
Bu, bir növ Azərbaycanda intiharların çoxalmasına etiraz kimi dəyərləndirilir.