DünyaXƏBƏRLƏR

Qarabağ müharibəsi və İranın Azərbaycana yardımları

Qarabağ müharibəsindən 20 il sonra ötən bir il ərzində İran İslam Respublikasının bu müharibə ilə bağlı bəzi hərbi sirlərinin ictimailəşdirilməsi prosesinə start verilib.
Bu prosesdə İranın Qarabağ müharibəsi zamanı Azərbaycana olan hərbi yardımları haqda məlumatı olan şəxslər bəzi faktların üstünü açmağa başlayıblar və gələcəkdə bu xüsusda daha artıq məlumatların Azərbaycan Respublikası xalqının diqqətinə çatdırılacağı gözlənilir.
İran İslam Şurası Məclisinin(İran Parlamenti) üzvü Mənsur Həqiqətpur Qarabağ müharibəsi zamanı İranın Azərbaycana hərbi və qeyri-hərbi yardımları zamanı böyük xidmətləri olmuş bir şəxs kimi ötən aylar ərzində bu xüsusda bəzi sirlərin üstünü açdı. Son günlər İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın keçmiş komandanı Möhsün Rzayi də Beynəlxalq Parsabad və Biləsuvar üzrə müxbiri ilə müsahibədə təsdiq etdi ki, Qarabağ müharibəsi zamanı Sepah-ın komandanı olduğu zaman Azərbaycan Respublikası ordusuna hərbi təlimlərin keçilməsi və Azərbaycan Respublikasında xüsusi hərbi bölmələrin təsis edilməsi haqda şəxsən Sepah qüvvələrinə göstəriş veribmiş. Və elə bu göstəriş əsasında Azərbaycan Respublikasına böyük xidmətlər edilib ki, bunları unutmaq olmaz.
İran İslam Respublikası ötən 20 ildə siyasi səbəblər üzündən bu hərbi sirləri ifşa etməyib. Azərbaycan Respublikası hökuməti də İran-Azərbaycan əlaqələrinə düşmən kəsilmiş qüvvələrin nəzarəti altına keçdiyi habelə, ABŞ və İsrail rejimi ilə yaxın əlaqələr qurduğu üçün daim öz məsləhətini İranın Azərbaycana olan yardımlarını gizlətməkdə görüb. Bu iki amil Azərbaycan xalqının xüsusilə də gənc nəslin İranın Qarabağ müharibəsi zamanı Azərbaycana verdiyi dəstəkdən xəbərsiz qalmasına səbəb olub. Digər tərəfdən Azərbaycan Respublikasında hətta qeyri-rəsmi yollarla da (hakimiyyətə bağlı şəxslər və medialar və anti-İran qüvvələrdən istifadə yolu ilə) İranın Azərbaycana olan xidmətlərinin gizli qalmasına səy göstərilib. Hətta, bu yardımları inkar etmək və ya tam tərsinə qələmə verməyə də cəhd edilib.
Amma, bir çox dünya ölkələrində olduğu kimi, dövlət sirləri və hərbi sirlər bir neçə onillikdən sonra istər-istəməz ictimailəşir və Qarabağ müharibəsi ilə bağlı məsələlər də bu qaydadan istisna deyil. İranın Qarabağ müharibəsi zamanı Azərbaycana olan köməkliklərinin işıqlandırılması İran və Azərbaycan Respublikasının iki müsəlman xalqının bir-birinə daha artıq yaxınlaşmasına səbəb olmaqla yanaşı, işğal edilmiş ərazilərin azad edilməsində Azərbaycan xalqına yeni ruh yüksəkliyi bəxş edə və özünəinam hissini gücləndirə bilər.
Ötən illər ərzində Livan Hizbullahı və Fələstin xalqı kimi azadlıqsevər qüvvələr İran İslam Respublikasının mənəvi, siyasi və hərbi yardımları hesabına sionist işğalçıların zülm və zorakılıqları qarşısında dayanmağa, mübarizə aparmağa, özlərini müdafiə etməyə və düşmənə böyük zərbələr endirməyə nail olublar. Və bu yardımlara görə İrana təşəkkür etməklə həm öz mövqelərini gücləndirmiş olublar, həm də bu yardımların daha da artmasına nail olublar. Nəticə etibarı ilə etiqad baxımından da bir şeytani qüvvə hesab olunan sionist düşmən ilə qarşılaşmada öz mövqelərini daha da gücləndirmiş olublar. Azərbaycan Respublikasındakı anti-İran qüvvələr isə bu həqiqəti dərk etməkdən acizdirlər.

 

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı