Livanlı bir müğənni bu ölkənin ifratçı sələfi din alimlərindən birinin fitvasına istinadla Suriya əleyhinə “Cihad” batalyonuna üzv qəbul etmək üçün çağırış verib.
Bir müddətdir ifratçı və vəhhabi sələfi cərəyanların himayəsi ilə Suriyadakı yaraqlı qrupları dəstəklədiyini bildirən Fəzl Şakir YouTube-da bir video-çarx yayaraq, Suriya hökumətinə qarşı mübarizə üçün bir batalyonun təşkilindən xəbər verib və könüllülərin bu batalyona üzvlüyü üçün çağırış verib.
O, bu videoda bu batalyonun maliyyə və təchizat cəhətdən dəstəklənməsini istəyib.
Fəzl Şakirin bu çağırışı livanlı ifratçı sələfi din alimlərindən olan Əhməd əl-Əsirin bir fitva verməsindən sonra verilib. Həmin fitvada deyilirdi: Suriyaya gedə biləcək Livanın daxili və xaricində olan hər bir müsəlmana şəri cəhətdən vacibdir ki, Suriyaya getsin və suriyalı qardaşlarını müdafiə etsin.
Suriya prezidenti son zamanlar bildirib ki, “Azad Ordu” adlı qrupun işi başa çatıb və Suriya hazırda 23 milliyyətdən ibarət olan əl-Qaidə silahlıları ilə müharibə halındadır.
Suriya ordusunun qüvvələri son günlər ərzində Livana yaxın sərhəd məntəqələrinin təmizlənməsi üzrə geniş və uğurlu əməliyyat keçirib və bir çox məntəqəni terrorçu qruplardan təmizləyiblər.