Azərbaycan Respublikası məsələləri üzrə bir ekspert deyib: Rəsmi Bakının anti-İran konfranslar keçirmək üçün ev sahibliyi etmək və İrana qarşı gülünc ərazi iddialarını irəli sürməklə məşğul olduğu bir halda, ABŞ-ın Men ştatının senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəsmən tanınması qarşısında sükut Bakı siyasətçilərinin Azərbaycan Respublikasına etdikləri xəyanətin göstəricisidir.
Fərdad Əfzəli Təbrizi deyib: ABŞ-ın Men ştatı Nümayəndələr Palatasının qətnamə təsdiqləməsi təxminən Azərbaycan Respublikası hökuməti və parlament deputatlarının tam sükutu ilə üzləşdi. Halbuki dövlət rəsmiləri, parlament deputatları və Bakı telekanalları hamısı səfərbər olunublar ki, Bakıda İran əleyhinə son separatçı konfransın keçirilməsini əsaslandırsınlar və İrana qarşı ərazi iddialarını irəli sürərək iranlıların buna etirazlarını da pisləsinlər.
Fərdad Əfzəli Təbrizi əlavə edib: Özünü Azərbaycanın nümayəndəsi adlandıranlar, lakin amerikalıların hərəkəti qarşısında Qarabağın Azərbaycan Respublikasına aid olması haqqını müdafiə etmək istəməyənlər bu bölgənin Azərbaycan Respublikasından ayrılmasının gün-gündən təsbit olunduğu bir halda yalnız öz ağalarının tövsiyəsinə əsasən tarix və mentalitet məsələlərini təhrif edir və İrana qarşı qərbin təzyiqləri çərçivəsində İran əleyhinə şifahi aqressivliyi gücləndiriblər. Əgər Azərbaycan Respublikası xalqı qərb və sionizmə bağlı bu cərəyan qarşısında sükut edərsə, onun zərərləri daha çox Azərbaycan Respublikasına olacaqdır.
Qeyd etmək lazımdır ki, ABŞ-ın Men ştatının Nümayəndələr Palatası və Senatı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyan birgə qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Dağlıq Qarabağ tarixi erməni torpağıdır, 1921-ci ildə diktator Stalinin əmri ilə Sovet Azərbaycanına verilib. Sənəddə 1988-ci ildə bölgədə baş qaldıran separatçılıq milli azadlıq hərəkatı kimi qiymətləndirilir, Dağlıq Qarabağın 1991-ci ildə müstəqilliyini elan etdiyi, indi onun demokratik dövlət olduğu vurğulanır.