SuriyaXƏBƏRLƏR

Suriyada terrorçuların gizli məkanları məhv edilib

Suriya ordusu qüvvələri bu ölkənin mərkəzində yerləşən Homs şəhərində terrorçuların bir neçə gizli məkanlarını məhv etməyə müvəffəq olub.

Suriya ordusu qüvvələri bazar ertəsi günü Suriyanın mərkəzində Homs şəhərinin ətrafında terrorçuların toplaşdığı məkan və iki silah-sursat anbarını məhv edib və zirehə qarşı bir neçə raketi və partlayıcı maddələri aşkarlayıblar.

Suriya ordusunun digər dəstələri də Homs vilayətində Tədəmmur şəhərinin ətrafında Zəbə kəndində terrorçuların iki gizli məkanı, onların silah-sursatları, o cümlədən ağır silah vasitələrini məhv ediblər.

Başqa bir xəbərə görə, Suriya ordusu bazar ertəsi günü əl-Nüsrə Cəbhəsinin cinayətkar və ərəbistanlı komandanı Mübərrəd əl-Ənizi və onunla əlbir olan 4 nəfəri Suriyanın şimalında Hələb şəhərində həbs edib.

Əl-Nüsrə Cəbhəsinin bu 4 terrorçusundan, iki nəfəri Qətər, bir nəfəri Misir, biri isə Türkiyə vətəndaşıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu