AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

Azərbaycan Respublikasının neft gəlirlərindən gələcək nəsillərə pay qalmır!

Azərbaycan Respublikasında tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu ölkədə neft sərvətindən gələcək nəsillərin haqqının yeyilməsinə etiraz edib.

“Media forum” saytına danışan Qubad İbadoğlu deyib : “2014-cü ildə Dövlət Neft Fondunun gəlirlərinin 11 milyard 627 milyon manat, xərclərinin isə 11 milyard 350 milyon manat təşkil etməsi nəzərdə tutulur. Əldə edilən gəlirlərin 97,6 faizi xərclənəcək. Gələcək üçün yığıma gedən hissə 2014-cü ildə 2,4 faiz olacağı gözlənilir. Bu isə 27 sentyabr 2004-cü ildə imzalanmış “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”sının prinsiplərinə ziddir.”
İqtisadçı əlavə edib : “Həmin prinsiplərdə göstərilir ki, neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilməlidir. Görəsən, neft gəlirlərinin xərclənməsinə sərəncam verənlər prezidentin sərəncamını niyə nəzərə almırlar və bununlda da indiki gənclərin və gələcək nəsillərin haqqını niyə yeyirlər?”
Qeyd etmək lazımdır ki, 2015-ci ildə Azərbaycan Respublikasında birinci avropa oyunları keçiriləcək ki, bu isə ölkənin büdcə xərclərini artırıb.
Bu, belə bir haldadır ki, ölkə neftinin gəlirlərinin əsas hissəsi İngiltərənin BP şirkəti və onun tərəfdaşlarının payına düşür və yerdə qalan 15 faizdən aşağı olan gəlir isə Azərbaycan Respublikasının payına düşür ki, bunun isə mənimsənilməsinə dair böyük şaiələr yayılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu