AvropaDünyaXƏBƏRLƏR

Qazprom Ukraynaya satdığı qazın qiymətini bahalaşdırdı

“Qazprom” şirkəti bu gün çərşənbə axşamı Ukraynaya qaz ixracı üzrə nəzərdə tutulan güzəştlərin ləğv edildiyini və bu ölkəyə satılan qazın qiymətinin otuz faizdən çox artırıldığını bildirib.

Rusiyanın “Qazprom” şirkətinin müdiri Aleksi Miller bir bəyanat yayaraq, bildirib ki, Ukraynaya satılan qazın qiyməti hər min kub metr üçün üç yüz səksən beş tam onda beş dollar təyin edilib.
Bu bəyanatda həmçinin bildirilir ki, mavi yanacağın təhvili üzrə müqaviləyə əsasən ikin ikinci yarısında Ukraynaya təhvil verilən qazın qiyməti yeni taarif əsasında hesablanacaq.
Miller daha sonra ötən dekabr ayında Ukraynaya satılan qaz üçün nəzərdə tutulan güzəştlərin artıq qüvvədən düşdüyünü bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu