Qəndəhar Şiələrinin Ümumi Şurasının sədri Sərdar Məhəmməd Zahidi vilayətin vali müavini Seyfəddin Taib ilə görüşündə Əfqanıstan İslam Əmirliyinin şiələrin təhlükəsizliklə bağlı bütün tələblərini qəbul etdiyini açıqlayıb.
Zahidi bildirib ki, Əfqanıstan İslam Əmirliyi şiələrin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir və bütün şiələr bu hökuməti dəstəkləyir. Görüşdə Seyfəddin Taib də etnik qruplar və məzhəblər arasında birliyin vacibliyini vurğulayaraq, Əfqanıstanın bütün vətəndaşların ortaq vətəni olduğunu və onun abadlaşdırılması üçün hər kəsin əməkdaşlıq etməli olduğunu deyib.
