Qırğızıstan parlamenti Manas bazasını boşaltmaq niyyətindədir

Qırğızıstan parlamentinin müdafiə komitəsinin üzvü bildirib ki, Manas bazasından istifadə barəsində ABŞ-la əməkdaşlıq müqaviləsinin ləğv olunması ilə əlaqədar qanunun ilkin mətni qeyd olunan komitədə araşdırıldıqdan sonra təsdiqlənib.

Aki Press xəbər portalı Qırğızıstan parlamenti müdafiə komitəsinin üzvü İrayna Karamuşkinaya istinadla bildirib ki, Manas bazasından istifadə ilə bağlı ABŞ-la müqavilənin ləğvi barəsində hökumət tərəfindən verilən layihə üzrə qanunun ilkin mətnini araşdıraraq təsdiqləyib.

ABŞ-la əməkdaşlıq sahəsində öncəki razılaşmanın ləğv olunması və Manas hərbi bazasının bağlanması ilə bağlı qanunun ilkin mətninin təsdiqlənməsi elə bir haldadır ki, Birləşmiş Ştatların uzunmüddətli hərbi iştirakı Qırğızıstan ictimaiyyətində etirazlara səbəb olmuşdur.

Bu iştiraka qarşı olanlar ABŞ-ın hərbi iştirakı və onun fəaliyyətini Qırğızıstan, eləcə də Mərkəzi Asiyanın müstəqilliyi üçün de-stabillik amili hesab edirlər.

Bişkek və Vaşinqtonun öncəki razılaşmasına əsasən, Amerikanın Manaz hərbi hava bazasındakı hərbi iştirakı gələn ilin yayında sona çatacaq.

Qırğızıstan qanunlarına əsasən, bu ölkə hökuməti bu müqavilənin müddətinin başa çatmasından 6 ay öncə Manas hərbi bazasının bağlanması və Amerika ilə əməkdaşlıq razılaşmasından vaz keçməsi barəsində lazımi sənədləri təsdiqləyərək icra üçün amerikalılara təqdim etməlidir.

↑
Exit mobile version