AsyaDünyaİranXƏBƏRLƏR

Kuba nüvə müzakirələrində İranı dəstəkləyir

Kubanın Tehrandakı səlahiyyətli səfiri, İran ilə 5+1 qrupu arasında aparılan müzakirələrdə İran İslam Respublikasını tamamilə dəstəklədiyini bildirib.

Keyhan qəzetinin bu günkü nömrəsinə istanadən verilən məlumata əsaəsn, Kubanın Tehrandakı səlahiyyətli və fövqəladə səfiri Vladimir Andres Gonzales Kseda açıqlayıb ki, İranın nüvə müzakirələrini dəstəkləmə siyasəti, Kuba hökumətinin qarşıdakı digər ölkələr qarşısında həyata keçirəcəyi siyasəti ola bilər. Zira bu strategiyaya əsasən sülhsevər nüvə enerjisinə nail olmaq üçün öz haqqını müdafiə etmək mümkündür.

Kubanın Tehrandakı səfirinin dediyinə əsasən, Havana nüvə enerjisinə nail olmaq üçün dünyanın hər bir müstəqil xalqını qorumağı öz borcu hesab edir.

Kuba səfiri açıqlayıb ki, Qərbin İran və Kuba əleyhinə birtərəfli sanksiyalar tətbiq etmələrinə rəğmən iki ölkə arasında münasibətləri genişləndirmək qarşıya məqsəd qoyulub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu