İranın yeni xarici işlər naziri İranın xarici siyasətinin əsas dayağını İranın İslam Respublikası quruluşu adlandırıb.
Məhəmməd Cavad Zərif bu gün Tehranda yeni prezidentin iştirakı ilə keçirilən özünün təqdimat mərasimində deyib: İranın xarici siyasəti İran İslam Respublikası Quruluşu kimi bir dayağa malikdir.
İranın xarici işlər naziri xarici siyasətin, hansısa siyasi qrup və ya düşüncəyə söykənmək meydanı olmadığını deyərək, ümidvarlıq edib ki, Xarici İşlər Nazirliyinin bacarıqlı kadrlarının istedadlarından faydalanaraq, bu nazirlik öz məsuliyyətini İran xalqının mənafeyi çərçivəsində ən yaxşı formada yerinə yetirsin.
