Qoşulmama Hərəkatı “İsrail”in Suriyaya təcavüzü barəsində bəyanat verdi

Qoşulmama Hərəkatı bir bəyanatda BMT Təhlükəsizlik Şurasından sionist rejimin Suriyaya hava təcavüzü qarşısında öz məsuliyyətini yerinə yetirməsini istəyib.

IRIB-nin Nyu-Yorkdan verdiyi məlumata görə, Qoşulmama Hərəkatı bu bəyanatda sionist rejimin Suriyaya qarşı təcavüzkar hərəkətini pisləyib və onu BMT əsasnaməsinin prinsip və məqsədlərinin açıq-aşkar şəkildə pozulması sayıb.

Bu hərəkat həmçinin BMT Təhlükəsizlik Şurasından sionist rejimi təcavüz etməsi və genişmiqyaslı regional müharibənin baş verməsi ehtimalına görə, cavabdeh olmağa məcbur etməsini istəyib.

↑
Mobil sürümden çık