“The Guardian” qəzetinin jurnalisti deyib: Amerikalı ifşaçı Eduard Snouden ABŞ-ın Milli təhlükəsizlik əməliyyatlarının hansı formada idarə olunması barəsində çox əhəmiyyətli materiallara malikdir.
“The Guardian” qəzetinin jurnalisti Qlen Qrinvald Snoudenlə son əlaqəsindən 4 saat sonra Braziliyada Associated Presslə müsahibədə deyib: Snouden bu sıra sənədlər barəsində informasiyaların açıqlanmamasını istəyib.
Qrinvald əlavə edib: Bu layihələri oxuyan hər bir şəxs ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin funksiyasını tam anlaya bilər.
Qrinvaldın sözlərinə görə, bu layihələr şəxslərə nəzarətdən xilas olmaq və yaxud onu yeniləşdirmək imkanı verir.
“The Guardian” qəzetinin jurnalisti həmçinin əlavə edib: Gələcəkdə ediləcək ifşaçılıqlar indiyə qədər faş olunmamış ölkə daxilindəki casusluq proqramlarının başqa detallarını özündə ehtiva edir.