AsyaXƏBƏRLƏR

Rusiya Edvard Snovdenə müvəqqəti siyasi sığınacaq verdi

ABŞ-ın məxfi sirlərini ifşa etmiş Edvard Snovden Rusiyadan müvəqqəti siyasi sığınacaq almağa nail olub. Bunu E.Snovdenin vəkili bildirib.

Snovdenin rusiyalı vəkili deyib: Cümə axşamı günü Avqustun 1-də Snovdenə hava limanını tərk etmək icazəsi verilib.
E.Snovdenin vəkili Anatoli Kuçrana Fransa xəbər agentliyi ilə müsahibədə deyib: Snovden Şeremetyev Hava Limanını tərk edib. Ona Rusiyada qalması üçün bir illik müvəqqəti sığınacaq verilib.
A.Kuçrananın dediyinə görə Snovden təhlükəsiz bir məkana köçürülüb və onun saxlanıldığı yer açıqlanmayacaq.
Beynəlxalq Amnistiya Təşkilatının Moskvadakı ofisinin rəisi Sergey Nikitin də deyib: Beynəlxalq Amnistiya Təşkilatı Rusiyanın sabiq MKİ əməkdaşına sığınacaq verməsini müsbət qarşılayıb.
Ağ Ev isə Rusiyanın Edvard Snovdenə müvəqqəti sığınacaq verməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu