AsyaDünyaİranİraqXƏBƏRLƏR

İran İraqda yaralanan əhaliyə yardım etməyə hazırdır

İran İslam Respublikasının Səhiyyə Nazirliyinin Ailə və Cəmiyyətin Sağlamlığı Bürosunun icraçı müdiri, İranın İraqa tibbi kadr göndərməyə və bu ölkədə yaralanan insanlara Səhiyyə və müalicə xidmətləri təqdim etməyə hazır olduğunu bildirib.

Məhəmməd İsmayıl Mütləq IRIB-nin müxbirinə verdiyi açıqlamada İraqdakı son böhrana və əhalinin terrorçular tərəfindən rəhmsizcəsinə qırğınlara məruz qalmasına toxunaraq deyib: bu hadisələrə qarşı etinasız yanaşmaq olmaz.
Həm də Abadan şəhəri Tibb Elmlər Universitetinin rektoru olan Məhəmməd İsmayıl Mütləq deyib: Universitet bütün tibbi imkanları və mütəxəssis kadr ilə İraqda hər hansı müalicə xidmətləri təqdim etməyə hazırdır.
Mütləq deyib: Abadan Tibb Universiteti iraqlı yaralıları Abadan, Xorrəmşəhər, Şadeqan, Həndican və Mahşəhərdə qəbul etməyə hazırdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu