Quantanamoda qiyam

ABŞ ordusu Quantanamo zindanında nəzarətçilərlə məhbuslar arasında toqquşma baş verdiyini bildirib.

ABŞ ordusu bildirib ki, Quantanamoda nəzarətçilər ilə məhbuslar arasında toqquşma baş verib.

Toqquşmanın bəzi məhbusların karserə salınmasına etirazın ardınca baş verdiyi deyilir.
Bazar günü Amerikada ölkə səviyyəsində etiraz aksiyalarının təşkil edildiyi və Quantanamo bazasının bağlanması tələbinin irəli sürüldüyü bildirilir.

Bu etiraz aksiyalarında iştirak edənlər əyinlərinə Quantanamo məhbuslarını xatırladan narıncı paltarlar geyiblər.
Habelə bəzi aksiya iştirakçıları başlarına qara papaqlar qoyaraq, ABŞ-ın Quantanamo və “Qara Sayt” adlanan gizli həbsxanalarındakı cinayətlərinə diqqət çəkiblər.

Əsasən müsəlman olan və terrorçuluqda şübhəli bilindikləri iddia edilən Quantanamo məhbusları artıq iki aydır ki, aclıq aksiyası elan ediblər. Məhbuslar zindan başçılarının onların şəxsi əşyalarını o cümlədən məktubları və fotoşəkillərini əllərindən aldıqlarını və dini müqəddəslərinə hörmətsizlik etdiklərini bildirirlər.

Exit mobile version