Xaçmaz rayon Məhkəməsində Qubadakı xalq etirazlarına görə təqsirləndirilən 6 nəfərə hökm oxunub.
“Hakim Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevə 5 il , “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqova, televiziyanın baş redaktoru Zaur Quliyevə 3 il şərti cəza , Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 4 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 2 il 6 ay, onun nəvəsi Muxtar Ələkbərova 3 il 6 ay həbs cəzası verilib.
Qubada xalq etirazlarına görə ümumilikdə 30 nəfər həbs olunub.
Qubalılara hökm oxunub.
