Fələstin İslami Cihad Hərəkatının hərbi qolunun sözçüsü Qəzzəyə qarşı yeni avantüralar barəsində sionist rejimə xəbərdarlıq etməklə yanaşı Fələstin müqavimətinin yeni sürpriz üslublarından xəbər verib.
Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonlarının rəsmi sözçüsü Əbu Əhməd müqavimət qruplarının sionist rejimin Qəzzəyə qarşı ehtimal olunan avantürası ilə mübarizə etmək üçün hazır olduqlarını deyib.
“Qüds batalyonları sionist rejimin Qəzzəyə son hücumunu araşdırmaqdadır və münasib zamanda öz uduş kartını nümayiş etdirəcəkdir. Xüsusilə də Qüds batalyonları çoxlu uduş kartları vardır ki, onlardan istifadə etməmişdir” –deyə Əbu Əhməd söyləyib.
Sionist rejimə xəbərdarlıq edən Əbu Əhməd deyib: Gələcək savaş müqavimət üçün öncəki hallarla fərqlidir və ötən noyabr müharibəsi ilə müqayisədə daha çox sürpriz işlər baş verəcək.
Sionistlərin Qəzzəyə qarşı dəfələrlə olan təcavüzlərinə toxunan Əbu Əhməd bəyan edib: Sionist rejim Qəzzəni yeni avantüraya çəkmək ardıncadır və Barak və bəzi sionist rejim başçısını istefa etməyə məcbur edən müqavimət bu işi digər sionist başçılar barəsində də təkrarlaya bilər.