DünyaXƏBƏRLƏR

Qüds komandanı: Şəhidlər bütün şiə dünyasına aiddirlər.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Qüds bölməsinin baş komandanı  Qasim Süleymani “31 Aşura” ordusu şəhid komandanlarının anma və xatirə mərasimində bildirib: Bu şəhidlər təkcə Azərbaycan, hətta İran xalqı deyil, bütün şiə dünyasının şəhidləridir.

Korpus komandanı Qasim Süleymani çərşənbə axşamı günü Təbrizin İmam Xomeyni (rə) müsəllasında Bədr və Xeybər əməliyyatlarının ildönümü ərəfəsində keçirilən bu mərasimdə əlavə edib: Mehdi, Həmid Bakiri, Şəfizadə və Təsəllayi kimi Aşura ordusunun şəhid komandanlarının hər biri bir xalq üçün yetərlidir. Bu şəxsiyyətlərin ruhu Azərbaycana mənəviyyat bəxş edib.

Komandan Süleymani Səddamın Bəs rejiminin təcavüzü qarşısında İranın müqəddəs müdafiə dövründəki bərəkətlərinə toxunaraq söyləyib: Əgər müharibə olmasaydı, Həmid və Mehdi Bakiri kimi şəhidlər tanınmazdı.

“Əlbəttə müharibənin fədakarlıqları və qəhrəmanlıqları ruhaniliyin zəhmətidir” –deyə Qüds komandanı söyləyib.

Komandan Süleymani bildirib: Əgər şəhid komandanlar olmasaydı, müharibəmizin müqəddəsliyi olmazdı. Cihadın Mehdilər kimi şəxsiyyətlər yetişdirdiyi kimi bu şəhidlər də cihada müqəddəslik bəxş etdilər.

Qüds komandanı əlavə edib: Gizli qalmış xüsusiyyətlərdən biri də inqilab prosesləri, xüsusilə də mədəniyyət sahəsində müqəddəs müdafiə dövrünün təsirləri idi.

Bu mərasimdə Aşura korpusu komandanı da şəhidlər və İmam Xomeyninin (rə) yolunda hərəkətin zəruriliyini vurğulayaraq söyləyib: Bu yolu Bakirilər kimi şəhidlərin təfəkkürü ilə tapmaq mümkündür.

Sərdar Əli Əkbər Purcəmşidian Bədr əməliyyatı xatirələrinə toxunaraq söyləyib: Mehdi Bakiri əməliyyatdan öncə Həzrət İmam Hüseynin (ə) zikrini vurğulayırdı.

Bədr döyüşünün Mehdi Bakiri üçün Aşura əməliyyatı olduğuna toxunan Purcəmşidian deyib: Bu şəhidin vəsiyyətnaməsi şəhidlər sərvərinə sevgi ilə doludur.

Günəş ili 1363-cü il 25 isfənddə (1985 16 mart) rəşadətli azərbaycanlı komandan Mehdi Bakiri Bədr əməliyyatında şəhidlik məqamına nail oldu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu