AsyaDünyaİranXƏBƏRLƏR

İran və Çinin müdafiə nazirləri əməkdaşlıqların genişləndirilməsinə təkid ediblər

İran və Çinin müdafiə nazirləri iki ölkə arası müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə təkid ediblər.

İranın müdafiə naziri General Hüseyn Dehqan bu gün çinli həmkarı general Çanq Vanq Kuanqla Çində görüşərək söyləyib: İki min ildən çox keçmişi olan iki ölkənin tarixi əlaqələri, mədəniyyət, iqtisadiyyat, siyasət, sənaye və texnologiya sahələrində əməkdaşlıqlarla doludur.

General Dehqan İran və Çinin tarixi əməkdaşlığının simvolu olaraq İpək yolundan söz açıb. Sonra isə söyləmişdir: 3-cü min illikdə dünyanın təhlükəsizlik xəritəsini nəzərə alaraq yeni bir İpək yoluna ehtiyacımız var.

General Çaq Vanq Kuanq da general Deqanın Çinə səfərini müsbət qarşılayaraq söyləyib: Bu səfər müdafiə əməkdaşlıqlarını sıxlaşdırmaq üçün münasib fürsətdir.

İranın müdafiə naziri general Hüseyn Dehqan çinli həmkarının rəsmi dəvəti ilə yüksək səviyyəli bir heyətə başçılıq edərək pekinə gedib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu