İranXƏBƏRLƏR

İranın pilotsuz təyyarəsi istifadəyə verildi

İran istehsalı olan pilotsuz “Şahid 129” qırıcı bombardmançı təyyarəsi bu gündən etibarən istifadəyə verilib və kütləvi istehsalına başlanılıb.

İndiyə kimi bu kimi uçan vasitələrin istehsalı texnologiyası yalnız ABŞ-ın ixtiyarında olub. Amma, bundan sonra İran da, Sepah-ın Aviasiya Qüvvələri mütəxəssislərinin səyləri nəticəsində bu növ güclü pilotsuz təyyarələrin istehsalı texnologiyasına yiyələnib.

Tamamilə yerli texnologiyaya malik olan bu qırıcı pilotsuz təyyarə ölkənin quru, dəniz və hava sərhədlərini qorumaqda güclü bir əsgərə çevrilə bilər.

Şahid-129 eyni zamanda Sepah tərəfindən istehsalı edilən və sabit və ya hərəkətdə olan hədəfləri məhv etmək üçün nəzərdə tutulan 8 ədəd Sədid tipli ağıllı bomba və ya raketi daşımaq qabiliyyətinə malikdir.

Bir dəfə yanacaq doldurmaqla 24 saat havada qalmaq və 1700 kilometrlik bir radiusda əməliyyat aparmaq İran istehsalı olan bu pilotsuz təyyarənin əsas göstəriciləridir.

Bu pilotsuz təyyarə 24 min fut yüksəkliyə qədər yüksəlməyə qadirdir. Şahid-129 səyyarə kontrol mərkəzləri vasitəsilə əlaqədə olaraq, ölkənin müdafiəsində mühüm rol oynaya bilər.

Hər bir qırıcı təyyarənin hər bir saatlıq uçuşunun 10 min dollara başa gəldiyi halda, Şahid-129 pilotsuz təyyarəsinin havada keçirdiyi hər bir saat yalnız 100 min tümənə(25 manata) başa gəlir. Bu da iqtisadi baxımdan Şahid-129 pilotsuz təyyarəsinin nə qədər sərfəli olduğunu göstərir.

Şahid-129 200 kilometrlik radiusa qədər olan ərazini nəzarətdə saxlamağa qadirdir. Bu pilotsuz təyyarədən terrorçulara qarşı mübarizədə, ölkənin quru və su sərhədlərində pozulma hallarının aşkar edilməsində, ekoloji məsələlərdə, xəritə hazırlamaqda və havadan fotoşəkillərin çəkilməsində istifadə etmək olar.

Şahid-129 pilotsuz təyyarəsinin kütləvi istehsalına başlanması haqda göstəriş İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanının iştirakı ilə bu pilotsuz təyyarənin istehsalı mərkəzində verilmiş olub.Səhər kanalının internet saytının məlumatına görə,
Sepah-ın baş komandanı Şahid-129 pilotsuz qırıcı-bombardmançı təyyarəsinin layihələşdirilməsi və istehsalı mərhələlərinin tamamilə İrana, Sepah-a məxsus olduğunu bildirərək, deyib: Bu diyarın alim və mütəxəssis bəsiciləri və Sepahçıları elmi cihad ilə İranın ən strateji pilotsuz təyyarəsini düzəltməyə nail olublar və onun təqdimatı super qüdrətləri heyrətdə qoyacaq.
Ordu generalı Məhəmməd Əli Cəfəri deyib: Şahid-129 pilotsuz təyyarəsinin texnologiyası günümüzün ən modern texnologiyalarına bərabərlik edir və biz bu texnologiyanı ABŞ-ın inhisarından çıxartmağa nail olmuşuq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Aviasiya Qüvvələri komandanı Əmir Əli Hacızadə də Şahid-129 pilotsuz təyyarəsinin elmi cihadın bariz nümunəsi və simvolu olduğunu deyərək, vurğulayıb: Yaxın gələcəkdə İranın RQ170-i də səmalarda süzəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu