AsyaDünyaXƏBƏRLƏR

Quraqlıq və aclıq 200 pakistanlı uşağın canını alıb

Pakistanın cənubunda quraqlığın baş verməsi 200 uşağın canlarını itirmələrinə səbəb olub.

Send vilayətində Pakistanın sanitariya rəsmiləri və xəstəxana məsul şəxsləri bu miqdarda uşağın ötən üç ayda və sadəcə bu əyalətdə dünyalarını dəyişdiklərini bildiriblər.
Bu məlumatda həmçinin 70-dən çox uşağın qida çatışmazlığı ilə üzləşdiyi və bu şəhərin xəstəxanasında müalicə aldıqları bildirilir. Bundan öncə Pakistanın baş naziri Send vilayətinin məntəqələrinə baxış keçirib, bu əyalətin yüksək səviyyəli məsul şəxsləri ilə görüşdə bu məntəqədə uşaqların ölüm hallarının artmasını təəssüfləndirici hal olduğunu bildirmişdi.
Nəvaz Şərif bu məntəqədə giriftar olan şəxslərə yardım çatdırma əməliyyatını sürətləndirməsini istəmişdi.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu