İran İslam Respublikasının prezidenti deyib: Başıucalıq, ədalətsevərlik, azadlıq sevərlik, İran diyarının qeyrətli xalqı, gəncləri və tələbələrinin uzunmüddətli amalıdır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü Tələbə Günü münasibəti ilə Tehranın Şəhid Behişti Universiteti tələbələri qarşısında əlavə edib: Universitet elm və biliyin bayraqdarı olmaqdan əlavə, azadlıq və dərrakəli tənqidin də bayraqdarıdır.
“Düzdür universitet partiyaların evi deyildir. Lakin bugünkü qüdrəti ələ keçirmək üçün rəqabət mənasında deyil, tədbir və praktiki hikmət mənasında olan siyasi mərkəzdir” –deyə İran prezidenti əlavə edib.
Ruhaninin sözlərinə görə, tələbələr elm və siyasətin gözləridirlər və dövlətin milli mənafedən uzaqlaşdığını gördüyü hər bir yerdə uca səsləri qulaqlara çatır.
Bu gün şənbə 7 dekabr 2013-cü il İran İslam Respublikası təqvimində Tələbə Günü adlandırılmışdır.
6 dekabr 1953-cü ildə 3 iranlı tələbə ABŞ-ın o vaxtkı prezidentinin müavini Riçard Niksonun İrana səfəri, eləcə də İranın İngiltərə ilə münasibətlərinin yenidən başlanmasına etiraz olaraq Tehran Universitetinin qarşısında şəhid oldu.