Qüsəyr şəhərini Suriya ordusu azad etdi

Suriyanın dövlət televiziyası əl-Qüsəyr şəhərinə nəzarətin tam olaraq terrorçuların əlindən çıxarıldığını bildirib.

Suriya ordusu əl-Qüsəyr uğrunda davam edən ağır döyüşlərin ardınca şəhərə nəzarəti tamamilə öz əlinə alıb.

Bundan öncə xəbər mənbələri terrorçuların əl-Qüsəyr şəhərindən qaçmaları və ordu qüvvələrinin sürətlə irəliləyərək, terrorçuların mövqelərini ələ keçirdikləri barədə xəbərlər yaymışdılar.
İranın xarici işlər nazirinin müavini bu qələbə münasibəti ilə Suriya xalqı və dovlətini təbrik edib.

↑
Exit mobile version