“Rəhimə xanım ziyarəıtgahının Hüseyniyyəsində” əhya saxlanılacaq

Qədr gecələri iyul ayının 27-dən 28-nə, 29-dan 30-na, 31-dən avqustun 1-nə keçən gecələrə təsadüf edir.
Nardaran piri səsinin məlumatına əsasən, hər üç gecə Bakının Nardaran qəsəbəsində yerləşən “Rəhimə xanım ziyarəıtgahının Hüseyniyyəsində” əhya saxlanılacaq.
“Əhya gecələri” saat 24:00-da başlanacaqdır.
Hər üç gecədə İlahiyyatçı alim,Nardaran Rəhimə xanım ziyarətgahının axundu,Hüseyniyyəmizin imam cüməsi Hacı Nuhbala ağa xütbə oxuyacadır.
Xütbənın ardınca Qədr gecəsənin duaları, İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin ziyarətnaməsi oxunacaq. Daha sonra Əhya gecələri “Cövşən-Kəbir” duasının oxunması ilə davam edəcəkdir.Əhya gecələrində gələn qonaqların istirahəti üçün fasilələr də nəzərdə tutulmuşdur. Hüseyniyyəmizin yeməkxanasında zəvvarlar üçün şirniyyat – çay süfrəsi də təşkil olunacaqdır. Sübh namazı camaatla bir yerde qılınacaqdır İnşəallah.

↑
Exit mobile version