Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov deyib : “Beynəlxalq təşkilatlar əvvəlcə qəbul etdikləri qərarları icra etsinlər, sonra bizə insan hüquqlarından dərs keçsinlər.”
Mbudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri əlavə edib : “əgər 20 il bundan əvvəl dünyada 20 milyona yaxın qaçqın və məcburi köçkün vardısa, bu gün onların sayı 36 milyona çatıb.Bu isə o deməkdir ki, dünyanın mötəbər qurumları göründüyü kimi konfliktlərin azaldılması ilə məşğul olmurlar”.