Misir əsgərləri dünən (2 Yanvar Cümə) axşam saatlarında Qəzzanın Rəfah bölgəsində sərhədə yaxın bir yerdə hələ şəxsiyyəti təsbit edilə bilməyən bir fələstinli gənci şəhid etdilər.
Fələstin Səhiyyə Nazirliyi sözçüsü Dr. Eşref əl-Kudra’nın etdiyi şərhə görə, Qəzzanın cənubundakı Rəfah bölgəsində sərhədin şərqində yəni Fələstin tərəfində olan və 23 yaşında olduğu açıqlanan ancaq hələ şəxsiyyəti təsbit edilə bilməyən bir fələstinli gənc Misir əsgərləri tərəfindən atılan güllələrlə şəhid oldu.
Yerli qaynaqlar tərəfindən verilən məlumatlarda Fələstinli gəncin, sərhədin Fələstin tərəfində olduğu sırada və Misir əsgərlərinin atdığı gerçək güllələrlə kürəyindən vurularaq öldürüldüyünə diqqət çəkdilər. Bu vəziyyət Misir əsgərlərinin hücumlarına səbəb meydana gətirəcək hər hansı bir risk, qarşıdurma halı və sərhəddən Misir tərəfinə keçidə cəhd kimi hər hansı bir ehtimalın söz mövzusu olmadığını göstərir.
Misir əsgərləri sərhədə yaxın bir bölgədə üç fələstinli gənci də nəzarətə almışdılar.
Misir əsgərləri daha əvvəl də Qəzza sahilinə yaxın sahədə ovlanan bir Fələstinli balıqçının Misir sularına keçdiyi iddiasıyla vuraraq öldürmüşlər.