
Sionistlərin İslam müqəddəslərinə olan hörmətsizliklərinin davam etməsi fələstinlilər və dünya ictimaiyyətinin xüsusilə də İslam Dünyasının ciddi reaksiyalarına səbəb olub.
Bir sionist hərbçi bazar günü əl-Əqsa məscidində keçirilən bir quran dərsinə hücum edərək, müsəlmanların səmavi kitabına hörmətsizlik edib. azeri. sahartv.ir saytının məlumatına görə, Bu hadisənin ardınca Fələstinin müqavimət komitələri sionist rejim hərbçilərinin Quran-Kərimə hörmətsizlik və əl-Əqsa məscidinin hətəyində dini təhsil almaqla məşğul olan tələbələrə hücum etmələrini qınayıblar.
Fələstinin müqavimət komitələri bir bəyanat yayaraq, bildiriblər ki, sionist rejim hərbçilərinin müsəlmanların müqəddəs kitabı olan Quran-Kərimə hörmətsizlik etmələri son dərəcə təhlükəli və qeyri-əxlaqi bir davranışdır və sionist düşmənin İslam dini və müqəddəslərinə qarşı irqçiliyə və düşmənçiliyə əsaslanan təfəkküründən xəbər verir.
Fələstinin müqavimət komitələri Quran-Kərimi müsəlmanların qırmızı xətti adlandırıb və cinayətkar və işğalçı sionistlərin Quran-Kərimə hörmətsizliyi qarşısında dözməyəcəklərini bildirərək, bu kimi hərəkətlərin müsəlmanların Quran-Kərim və İslam müqəddəslərini müdafiəsinə qalxmasına səbəb olacağını bildiriblər.
Əl-Əqsa məscidinin imam camaatı və Ali İslam Heyətinin sədri Şeyx Əkrəmə Səbri də İsrail hərbçilərinin əl-Əqsa məscidində Quran-Məcidə hörmətsizlik etmələrini rüsvayçı bir cinayət adlandırıb və bu çirkin və qeyri-əxlaqi hərəkətə yol vermiş şəxsin dərhal cəzalandırılmasını istəyib.
Şeyx Əkrəmə Səbri daha sonra deyib: İslam və Ərəb dünyası əl-Əqsa məscidini təhdid edən təhlükələr qarşısında ayıq olmalı və Quran-Kərimə hörmətsizliyə qədər uzanan bu çirkin hərəkətlər qarşısında mübarizəyə qalxmalıdır.
Qüdsün müftisi Şeyx Məhəmməd Hüseyn də bu hərəkəti səmavi dinlərə, insanlığa, beynəlxalq qanunlara və konvensiyalara zidd hərəkət adlandırıb .
Şeyx Məhəmməd Hüseyn bir sionist zabitin Quran-Kərimə hörmətsizlik etməsini və məscidin həyətində Quran oxumaqla məşğul olan müsəlman qadınlara sataşmasını tənqid edərək, Ərəb və İslam ölkələrinin işğalçı İsrail rejiminin əl-Əqsa məscidinə, Beytül-Müqəddəsə və fələstinlilərə qarşı cinayətləri müqabilində sükut etmələrini yolverilməz adlandırıb və bu rejimə qarşı ciddi tədbirlərin görülməsini istəyib.
Həmas-ın siyasi bürosunun üzvü İzzət əl-Rəşq də deyib: İsrail hərbçisinin fələstinli qadınların Quran dərsinə olan bu vəhşi hücumu bir sionist cinayətdir.
Digər tərəfdən Fələstin Özünüidarə Təşkilatının vəqflər və dini işlər naziri Mahmud əl-Həbaş sionist zabitin Quran-Kərimə hörmətsizliyini qınayaraq, beynəlxalq təşkilatlardan istəyib ki, sionist rejimə təzyiq göstərmək yolu ilə bu rejimi irqçi rəftarlardan çəkindirsinlər.
Ərəb Liqası da sionist zabitin əl-Əqsa məscidində Quran-Kərim və fələstinli qadınlara qarşı hörmətsizliyini pisləyərək, ərəb və müsəlman xalqların sionist rejimin cinayətlərinə qarşı ciddi tədbirlər görməli olduğunu bildirib.
Ərəb Liqasının baş katib müavini Məhəmməd Səbih əl-Əqsa məscidində baş verənlərin yalnız Qüds sakinləri və Fələstin xalqına ünvanlanmış bir hərəkət olmadığını və bütün ərəb və müsəlman xalqları hədəfə aldığını deyərək, vurğulayıb: Bu gün Ərəb və İslam ümmətləri İsrail rejiminin cinayətləri qarşısında Qüds sakinləri kimi ciddi mövqe nümayiş etdirməlidirlər.
Sionist rejimin İslam müqəddəslərinə və fələstinlilərə qarşı cinayətlərinə vaxtında düzgün qiymətin verilməməsi bu rejimi daha çirkin əməllərin törədilməsində daha da həyasızlaşdırıb.
Belə bir şəraitdə BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxlaq təşkilatların öhdəsinə düşən vəzifə lazımi tədbirlərin həyata keçirilməsi ilə İsrail rejiminin İslam müqəddəsləri və Fələstin xalqına qarşı cinayətlərini davam etdirməsinə icazə verməməkdir.