AsyaAzərbaycanDünyaİranXƏBƏRLƏR

Az.R-nın Gürcüstana səfər edən iranlılara maneçilik törətməsi

Azərbaycan Respublikası dövlət sərhəd xidmət qüvvələri bu ölkə sərhədindən İran vətəndaşlarının Gürcüstana keçmələrinə maneçilik törədiblər.

İranın Az.R-dakı Səfirliyinin konsulu Az.R dövlət sərhəd xidməti qüvvələrinin Gürcüstana keçmək istəyən İran vətəndaşlarına maneçilik törətməsini təsdiq edərək İran vətəndaşlarına tövsiyə ediblər:Naməlum vaxta kimi Az.R sərhədindən deyil , başqa bir ölkə sərhədindən keçirərək Gürcüstana səfərlərini həyata keçirsinlər.

Məlumatlı qaynaqlar nəql edilən bəzi sözlərə istinadən deyir : Bəlkə də Az.R-nın İran vətəndaşlarının Gürcüstan səfərinə maneçilik törətməsi Gürcüstan dövlətinin istəyi əsasında olub. Lakin rəsmi Tiflisi bu saata qədər bu fikri təsdiqləməyib.

Qeyd edək ki , son günlər Az.R-nın sərhəd yolu ilə Gürcüstana səfər etmək istəyən İran vətəndaşlarından bir qrupu Gürcüstanın viza rejiminə malik olmamaları üçün azəri polislərin maneçiliyi ilə üzləşiblər. Gürcüstan vizası adətən bu ölkənin giriş hissəsində o cümlədən Az.R sərhədində iranlılar üçün verilir.

Azəri polislərin qeyri-adi rəftarlarından təəccüblənən bu İran vətəndaşları deyiblər : Biz azəri dostlarımızdan bir neçə nəfəri ilə yanaşı işçi bir səfəri həyata keçirmək üçün Az.R sərhədindən Gürcüstana keçmək istədik. Azəri vətəndaşlara müəyyən bir maneçilik törədilmədən sərhəddən keçdilər . Lakin bizim o ölkəyə daxil olmağımıza mane oldular . Onlar məntiqli bir sübut gətirmədən bizi gömrük salonundan xaric bir yerdə saatlarla şaxtada saxladılar.

Bu İran vətəndaşları habelə xatırladıblar : Az.R-nın emiqrant işləri idarəsi bizim 3 gün ərzində Az.R-da olmağımızı qeydə almadığımız üçün bu məsələni bəhanə edərək hər birimizi 300 manat cərimə etdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu