Ramiz Mehdiyev İran prezidenti ilə görüşüb

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran İslam Respublikası prezidenti ilə görüşündə qərb dövlətlərinin Azərbaycan Respublikasında rəngli inqilab yaratmaq planından nigarançılığını bildirib.

Görüşdə İİR prezidenti Mahmud Əhmədinejad iki xalq arasında dərin tarixi bağlılıqlara, iki xalqın tarix boyu bir-birinin kənarında durduğunu xatırladaraq deyib: İİR AR-nin irəliləyişini dəstəkləyir və onu iki ölkə və digər region ölkələrinin xalqlarının mənafeyinə uyğun olduğu qənaətindədir.

Mahmud Əhmədinejad Tehran ilə Bakı arasında qardaş əlaqələrin müəyyən düşmənləri olduğunu və onların iki ölkəni bir-birinin kənarında görmək istəmədiklərini xatırladaraq deyib: Düşmənlər bütün xalqlar arasında ixtilaf olmasını, bir-birindən ayrı düşmələrini istəyirlər. Ona görə ki, öz mənafelərinə asanlıqla çata bilsinlər. Buna görə də iki ölkə arasındakı qardaş əlaqələr nə qədər dərinləşərsə, düşmənçiliklər də bir o qədər ağırlaşacaq.

İİR prezidenti İran ilə AR arasındakı əlaqələrin yüksək səviyyədə və qardaşcasına olduğunu vurğulayaraq deyib: İİR Azərbaycan Respublikasının dövlət və xalqının inkişafını və hüquqlarını himayə edir və belə qənaətdədir ki iki ölkə tədbirlə və koordinasiya yolu ilə qarşılıqlı münasibətlərin gücləndirilməsi istiqamətində hərəkət etməlidirlər.
Mahmud Əhmədinejad deyib: Müxtəlif təşkilat və qurumlarda bir-birimizlə qardaşlığa o qədər təkid etməliyik ki, düşmənlər məyus olsunlar.

İİR prezidenti deyib: Tarixi təcrübə göstərir ki, super güclərin heç biri digər xalqların mənafelərini deyil, sadəcə öz mənafelərini düşünürlər. Onlar xalqları bir-birlərindən ayırmaq, uzaqlaşdırmaq və onlar arasında ixtilaf salmaqla xalqları zəiflədir və bundan öz mənafelərini götürürlər.

Görüşdə AR PA-nin rəhbəri də Azərbaycan Respublikasının İran İslam Respublikasını özünün böyük dostu hesab etdiyini vurğulayaraq deyib: Geniş əməkdaşlıqlar aparmalıyıq və bunun üçün də xeyli imkanlarımız var.

Ramiz Mehdiyev qərb dövlətlərinin Azərbaycan Respublikasında rəngli inqilab planlaşdırdıqlarını və buna bir neçə dəfə cəhd göstərdiklərini bildirərək deyib: Azərbaycan Respublikasının inkişaf və tərəqqisi qərb dövlətlərini narahat edib, onlar bəzi hərəkətlərlə AR-da sabitliyi pozmaq istəyirlər. Belə ki, Azərbaycan Respublikasında ABŞ-ın milli demokratiya institutunun nümayəndəsi son bir il ərzində müxtəlif qurumlar və şəxslər arasında ölkədə sabitliyi pozmaq üçün bir milyon dollar xərcləyib.

Ramiz Mehdiyev deyib: Heydər Əliyev İran-Azərbaycan əlaqələrinə böyük önəm verirdi və ondan qalan irsdir ki, iki ölkə əlaqələri həmişə ən yüksək səviyyədə olmuşdur.

Azərbaycan Respublikası prezident aparatının rəhbəri AR-nin İranın himayələrinə böyük qiymət verdiyini bildirərək deyib: Biz hesab edirik iki ölkə bir-birinin kənarına və bir-birinə arxa olmalıdır. Güclü və səbatlı İranın AR-nin kənarında durmasını məqsədə uyğun görür və AR prezidenti İran dövlətini özünə arxa hesab edir.
Ramiz Mehdiyev İİR prezidentinə xitabən deyib: Sizin daxili, regional və beynəlxalq səviyyədə özünüzdən qoyduğunuz ad və yol tarixdə qızıl hərflərlə yazılacaq və bunu bu gün açıq-aşkar müşahidə edirik, məhz buna görə də sizə xüsusi hörmət bəsləyirik.

Exit mobile version