AsyaXƏBƏRLƏR

Ran Pol: ABŞ-ın Rusiyaya qarşı sanksiyaları müharibə elan etməkdir

ABŞ Konqresinin sabiq üzvü Ran Pol ölkəsinin Ukrayna məsələsi ilə əlaqədar Rusiyaya sanksiyalar tətbiq etməyə cəhd göstərməsini müharibə elan etmək anlamında dəyərləndirib.

Ran Pol bazar ertəsi günü dərc olunmuş məqaləsində yazır: Bir çoxları yanlış olaraq elə təsəvvür edirlər ki, ölkələri Vaşinqotunun istəklərinə tabe etmək üçün sanksiya zərərsiz təzyiq vasitəsidir. Amma, bu məsələyə aydınlıq gətirmək lazımdır ki, sanksiya tətbiq etmək savaş elan etmək deməkdir.
Ran Pol həmçinin, ABŞ və Rusiya arasında müharibə ehtimalını təsəvvür edilməyəcək bir məsələ adlandırıb və deyib: Militarist baxışlar dəyişməlidir və qıcıqlandırıcı çıxışlardan çəkinmək lazımdır.

ABŞ Konqresinin sabiq üzvü əlavə edib: Şübhəsiz ABŞ yeni bir müharibənin, özü də Rusya ilə müharibənin xərclərini ödəyə biləcək durumda deyil.

Qarşıdan gələn günlər ərzində ABŞ Konqresi Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.

Siyasi şərhçilər Rusiya və ABŞ arasındakı qarşıdurmanı soyuq müharibə dövründən sonra ən gərgin qarşıdurma hesab edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu