İranXƏBƏRLƏR

Zəhra aşiqləri Masallıda tədbir keçiriblər

“Xanım Zəhra (s.ə) Aşiqləri” adlı qadınlar cəmiyyətinin təşkilatçılığı ilə aprel ayının 11-i Masallı şəhər Cümə məscidində Xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadəti münasibətilə tədbir keçirilib.

Məclis Quran tilavətilə başlayıb. Xanım Fatimeyi Zəhra (s.ə) haqqında moizə və nohələr oxunub. Təşkilatçılar tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, əyyami-Fatimənin mahiyyəti haqqında danışıblar. Tədbir İslam Peyğəmbərinin (s) gözünün nuru olan Xanım Fatimeyi Zəhra (s.ə) adına ehsan süfrəsi ilə sonlanıb.

Qeyd edək ki, Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar Masallının bir çox kənd və qəsəbələrində məclislər təşkil edilmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu