Terrorçular Həzrət Zeynəbin (s.ə) ziyarətgahına minomyotla hücum ediblər
Terrorçular Həzrət Zeynəbin (s.ə) hərəminə minomyotla hücum ediblər. bu hücumda ziyarətgahın məsələləri üzrə müdir də həlak olub.
Terrorçular Dəməşq vilayətində yerləşən Həzrət Zeynəbin (s.ə) ziyarətgahına dörd minomyot yatıblar. Nəticədə bu ziyarətgahın məsələləri üzrə idarəsinin direktoru şəhid olub.
Əl-Minar telekanalının məlumatına görə, Ramazan ayına hörmət bəsləmək silahlı qruplaşmaları bu hücumdan çəkindirə bilməyib və onlar bu fürsətdən sui-istifadə edərək Həzrət Zeynəbin (s.ə) ziyarətgahına dörd minomyot atıblar.
Bu dörd minomyot Həzrət Zeynəbin (s.ə) ziyarətgahının yaxınlığına düşüb. Bu ziyarətgaha ən dəhşətli hücum mart ayında olmuşdu. O zaman bu ziyarətgahın giriş qapılarının birinin yaxınlığında partlayış törədildi və maddi xəsarətlər vurdu.
Bütün bunlar zəvvarların bu ziyarətgaha gəlməsi və orada namaz qılmasına mane ola bilməyib.
Dəməşq vilayətində Darya şəhərində Həzrət Səkinənin (s.ə) ziyarətgahı da hücuma məruz qalmışdır və silahlı qruplaşmalar onu hərbi mərkəzə çevirmişlər. Bu da divar və günbəzinin dağıdılması ilə nəticələnmişdir.
Müqəddəs məkanlara hücum bunlardan da artıqdır və silahlı qruplaşmalar Dəməşq vilayətində Ədra şəhərində Həzrət Məhəmmədin (s.ə.s) böyük səhabəsi Hücr İbn Üdəyin qəbrini açıblar. Bu da silahlı şəxslərə qarşı ərəb və müsəlmanların geniş etirazı ilə qarşılanıb ki, islam və xristian müqəddəslərinə hörmət bəsləmirlər.